Sənin Üçün Dəyər

Sənin Üçün Dəyər
Nobel şirkətindəki ən mühüm sərvətimiz insan resurslarıdır. Biz öz əməkdaşlarımızın məmnuniyyətinə əhəmiyyət verir və onların bütün proseslərdə iştirakını dəstəkləməyin vacibliyinə inanırıq.

Nobel İlaç şirkətində əməkdaşların mədəni, sosial, gender və nəsil fərqlərinin təcrübəsindən və zəngin bacarıqlarından bəhrələnmək, insan resursları faktorundan savayı, həm də əlavə bir korporativ mədəniyyət kimi qəbul edilir.

Biz müvafiq sahələrimiz üzrə fayda verə biləcək ən istedadlı insanları müəyyən etməklə onları şirkətə cəlb edirik və onların səriştələrini inkişaf etdirmək və təşviq etmək, habelə öz fəaliyyət hədəflərimizi həyata keçirmək üçün onları ən yüksək səviyyədə dəstəkləyirik. Şirkət öz əməkdaşlarına uğurlu karyera imkanları yaratmaq məqsədilə ölkənin əmək bazarında ən çox bəyənilən və ən yaxşı işəgötürən imicinə nail olmağa səylər göstəririk.

Biz bütün işçilərimizə bərabərlik və qərəzsizlik prinsipi ilə yanaşırıq və onlara olan bütün münasibətlərimizdə din, dil, irq, cins, etnik mənsubiyyət ayrı-seçkiliklərinə yol vermirik.

Nobel şirkətinin həm işçilər üçün, həm də potensial namizədlər üçün ideal bir iş yeri kimi qəbul edilməsi məqsədimizdir. İşçi məmnuniyyətinə dəyər verən və işçilərin iştirakını dəstəkləyən bir yanaşma tərzi ilə öz imicimizi formalaşdırmaq üçün brendimiz altında ilk addımlarımızı 2013-cü ildə atdıq.

İdeal işəgötürən imici özəlliklərini araşdırdıqdan sonra biz, "Sağlamlıq Üçün Dəyər" şüarı altında öz korporativ dəyərləndirmə təklifimizi "Sənin üçün Dəyər" şəklində təyin etdik.

İdeal işəgötürən imici özəlliklərini araşdırdıqdan sonra biz, "Sağlamlıq Üçün Dəyər" şüarı altında öz korporativ dəyərləndirmə təklifimizi "Sənin üçün Dəyər" şəklində təyin etdik.

Elm-tədqiqat prinisplərinə çevik və yenilikçi yanaşmalarla gələcək üçün öz tariximizi yazmağa dəyər! Əzmkarlıqla və sədaqətlə korporativ fərq yaratmaq üçün birlikdə istedadlar hazırlamağa və istehsal etməyə dəyər! Sağlamlıq amalına xidmət etməklə, fəth etdiyimiz zirvələr və qazandığımız uğurlarla sürətlə irəliləməklə, dünyanın 20 ölkəsində təxminən üç minlik Nobel ailəsi üzvləri üçün hər şeyə dəyər!

Sənin üçün dəyər.