Haqqımızda

Haqqımızda
Yarım əsrdən çox olan təcrübə, yüz faiz yerli kapital

Yarım əsrdən artıq peşəkar təcrübəyə sahib, qlobal bir oyunçu olan Nobel, 1964-cü ildə tamamilə yerli kapitallı şirkəti olaraq təsis edildi. Bu gün Nobel, özünün üç müəssisəsi ilə Türkiyədə, bir müəssisəsi ilə Qazaxıstanda və Özbəkistanda cəmi beş müəssisəsinin fəaliyyət sayəsində, dünyanın 20 ölkəsində öz şirkətləri ilə satış fəaliyyətlərini və onların təşviqini həyata keçirir. Öz sahəsində peşəkar olan, təxminən 3000 nəfərlik mütəxəssis heyətinə sahib olan Nobel, beynəlxalq standartlara uyğun şəkildə istehsal etdiyi xüsusi məhsullarını təxminən 50 ölkəyə ixrac edir.

Şirkət Türkiyədəki satış, marketinq və idarəetmə fəaliyyətlərini İstanbulda, istehsal və Elmi-Tədqiqat və Təkmilləşdirmə işlərini (Ar-Ge), Düzce və Gebze regionlarında, xammal istehsalını isə Çerkezköydəki obyektlərində həyata keçirir.

Beynəlxalq standartlara uyğun şəkildə istehsal olunan səmərəli və yüksək keyfiyyətli məhsulları ilə həyat keyfiyyətini yaxşılaşdırmağı hədəfləyən Nobel, Almaniya, Albaniya, Azərbaycan, Belorusiya, Bosniya və Herseqovina, Bolqarıstan, Gürcüstan, İsveçrə, Çernoqoriya, Qazaxıstan, Qırğızıstan, Kosovo, Makedoniya, Monqolustan, Moldova, Özbəkistan, Rusiya, Serbiya, Türkmənistan və Ukraynada öz müəssisələri ilə satış fəaliyyətləri və onların təşviqini həyata keçirir.

Şirkət, özünün fəaliyyət göstərdiyi hər ölkədə davam etdirdiyi marketinq fəaliyyətini eynilə Türkiyədə təsbit edilmiş normativlər və məhz öz işçi heyəti ilə həyata keçirir.

Ulkar Holdinqin tərkibində yer alan Nobel İlaç şirkəti dünya bazarlarına çıxışındakı ilk addımı Qazaxıstanda baş tutdu və 2002-ci ildə yaradılan Nobel AFF, ölkədəki ilk xarici kapitala malik istehsal müəssisəsi oldu. Nobel şirkətinin iftixarı olan bu müəssisə, həm də ölkədə mükəmməl istehsal GMP (Mükəmməl İstehsal Təcrübəsi) sertifikatı standartlarına sahib olan ilk müəssisədir.

Asiya məkanında digər bir qürur mənbəyimiz də Özbəkistanda fəaliyyətə başladığımız və 300 mütəxəssisi bir araya gətirən Nobel Pharmsanoat şirkətidir. Bu şirkət Orta Asiyada əhalinin ən sıx yaşadığı ölkələrdən biri olan Özbəkistanda xalis Türk brendi olan Nobeli məşhurlaşdıraraq, onu keyfiyyətin sinonimi etmişdir.

Vəzifəmiz: "Sağlamlıq üçün hər şeyə dəyər" inamı ilə fəaliyyətimizi qurmaqla, həyat keyfiyyətini artırmaq.

Mövqeyimiz: Dünyada insan sağlamlığı üçün əhəmiyyətli olan etibarlı və əlçatan məhsulları təqdim etmək.