İnsan Resursları Haqqında Anlayışımız

İnsan Resursları Haqqında Anlayışımız
Şirkətimiz İşçilərin məmnuniyyətini qiymətləndirən və işçilərin fəaliyyətlərdə iştirakını və inkişafını dəstəkləyən İnsan Resursları yanaşmasını tətbiq edir.

Biz “Sənin Üçün Dəyər” şüarı altında Nobel ailəsinin üzvlərinin işə sədaqətini, işə ruh yüksəkliyi ilə başladıqlarını təşviq edir və qiymətləndiririk. Müvafiq təlimlər keçən əməkdaşlar, onlar qürur hissi verən bir iş mühiti və karyera pilləsində irəliləmək imkanlarına malikdirlər, çünki biz işçi məmnuniyyətinin davamlılığını dəstəkləyirik.

Biz bütün münasibətlərimizdə əməkdaşlarımızı bərabərlik və qərəzsizlik prinsipi ilə idarə edirik və onların arasında din, dil, irq, cins, etnik mənsubiyyət ayrı-seçkiliyi aparmırıq.

Biz Nobel şirkətində dəyişikliyi qəbul edirik. Fürsətlərdən istifadə edirik, bütün dəyişiklik proseslərində cəsarət və inam nümayiş etdiririk, maneələri dəf edirik.

Biz Nobel şirkətində effektiv qərarlar veririk. Strateji düşünürük, qeyri-müəyyənliyi dəf edirik. Səbəb-nəticə əlaqələrini təyin etməklə, rasional qərarlar veririk.

Biz Nobel şirkətində nəticə yönümlü işləyirik. Düzgün planlaşdırma aparırıq və şərtlərə uyğun alternativ ssenarilər işləyib hazırlayırıq. Problemləri təhlil edirik və onların həll edilməsinə nail oluruq.

Biz Nobel şirkətində istedadları inkişaf etdiririk. Nobel ailəsi üzvlərinin karyera inkişafını dəstəkləyirik. Təlim və kurasiya təcrübələrindən məqsədəuyğun şəkildə istifadə edirik, konstruktiv rəy əldə etməklə, müvafiq rəylər veririk. Biz uğuru təşviq edirik, mükafatlandırmalar aparırıq və daim öyrənmə qərarlı personalı dəstəkləyirik.

Biz Nobel şirkətində qarşılıqlı əməkdaşlığı gücləndiririk. Biz hamının bir-birinə hörmət etdiyi pozitiv iş mühitində açıq şəkildə ünsiyyət qururuq.