Keyfiyyət Siyasətimiz

Keyfiyyət Siyasətimiz
Nobel İlaç tərəfindən istifadəyə verilən bütün məhsullar yüksək səviyyəli mütəxəssislər tərəfindən ən son texnoloji nailiyyətlər əsasında işlənib hazırlanmışdır. Bu məhsulların istehsalı üçün yalnız qlobal standartlaşdırma institutları tərəfindən təsdiq edilmiş materiallar, komponentlər tətbiq edilir və onların tətbiqi zamanı mütərəqqi texnoloji proses və prosedurlardan istifadə olunur. Müalicə üçün təklif etdiyimiz məhsulların dozası, saflığı və etiket dəyərlərinin uyğunluğuna beynəlxalq keyfiyyət standartları zəmanəti verilir.

Nobel İlaç istehsal obyektləri, işçi sağlığı və əməyin təhlükəsizliyi qaydalarına, iş mühitinin qorunması, insan resursları ilə əlaqəli tətbiqetmələrə və dərman sənayesi qaydalarına uyğun funksiyalar icra etmək şəklində qurulmuşdur.

GMP (Mükəmməl İstehsal Təcrübəsi) normativlərini tətbiq edən bir şirkət olaraq, biz sektordakı texnoloji və standart dəyişikliklərə sürətlə uyğunlaşırıq və seçdiyimiz ixtisaslı kadrları təkmilləşdiririk. Mövcud olan bütün mənbələrdən səmərəli istifadə və müştəri məmnuniyyətini davamlı şəkildə inkişaf etdirmək üçün çalışırıq.