Nobel Şirkətində İşləməyə Dəyər

Nobel Şirkətində İşləməyə Dəyər
Biz iş mühiti və işçi məmnuniyyəti təcrübələri üçün "Həyat", insan resursları və karyera planları üçün "Karyera", təhsil və inkişaf təcrübələri üçün "İnkişaf", universitet və tələbə əməkdaşlıqları üçün "Tələbə şəhərciyi" ilə Nobel şirkətində "Sizin üçün dəyər" anlayışını həyata keçiririk.

Nobel şirkətində Həyat

Həm Nobel ailəsinin üzvləri olan əməkdaşlar, həm də potensial namizədlər üçün Nobel şirkətinin ən yaxşı iş yeri olduğunu hədəfləyirik. Nobel əməkdaşlarının iş yerindəki fiziki, zehni və duyğu təcrübələrini təhlil edən sorğu və fokus qrupu fəaliyyətinin nəticələrinə görə tədqiqat fəaliyyət planlarımızı həyata keçiririk.

Yaşadığımız gündəlik müsbət təcrübələrimizi bölüşmək, bölmələr arasında ünsiyyəti / qarşılıqlı əlaqəni artırmaq, işçilərin iştirakını və inkişafını təmin etmək üçün biz bir çox təcrübələr həyata keçiririk. Ani sürprizlər: # sindromsuz bazar ertəsi, çevik iş saatları, baş direktor ilə səhər yeməyi, açıq qapı görüşləri, Nobel mükafatları, Nobel Uşaq Günü, Sosial Fəaliyyətlər (Boulinq Turniri, “Yaza Xoş Gəldin” Gecəsi), Sosial Məsuliyyət Layihələri və s. tədbirlər kimi korporativ mədəniyyətimizi daim yaddaqalan edirik.

Nobel şirkətində Karyera

Hər Nobel əməkdaşını bir istedad kimi görürük və mükəmməl bir komanda olmağın vacibliyinə inanırıq. Bu səbəbdən, lazımi namizədləri məqsədəuyğun fəaliyyətə cəlb etmək, istedadın peşəkar inkişaf prosesi ilə funksional göstəricilərini idarə etmək, Nobel Liderlik Səriştələrini inkişaf etdirmək, "Mənim Karyera Yolum" tətbiqi ilə fərqli karyera fürsətləri təklif etmək və bütün Nobel ailəsinin üzvlərinə uzunmüddətli əməkdaşlığı davam etdirmək bizim üçün ən vacib məsələlərdəndir.

Biz Nobel İlaç Karyera Resepti adı altında tətbiq edilən Təcrübə Proqramı ilə gələcəyə dəyər qatacaq, innovativ yanaşma tərzinə sahib olan, ruh yüksəkliyi ilə köklənmiş və gələcək üçün dəyişiklik edəcək gənc istedadlar hazırlayırıq.

Nobel şirkətində İnkişaf

Biz davamlı inkişafı dəstəkləyir və motivasiya ruhlu bir iş mühiti yaradırıq.

Biz öz işlərin icrasının idarə edilməsi sistemimizlə Nobel ailəsi üzvlərinin şirkətin hədəflərinə uyğun şəkildə müəyyən edilmiş fərdi hədəflərə nail olmaq prinsiplərini təşviq edirik. Əməkdaşlarımızı onların fəaliyyətlərinə uyğun olaraq ədalətli, sistematik və ölçülə bilən üsulla qiymətləndiririk. Biz onların peşəkar inkişafa səylərini dəstəkləyirik.

Biz səriştəyə əsaslanan, texniki və fokus qrupu təlimlərimizlə əməkdaşlarımızın inkişafı üçün vahid bir perspektivlə davranırıq. Biz ədalətli rəftar, mütərəqqi və innovativ yanaşmalarımız və dəstəkləyici qrup anlayışımızla vahid bir ailə şəklində bir araya gəlmişik.

Nobel Tələbə Şəhərciyi

Nobel Tələbə Şəhərciyi (Kampus) proqramı ilə dərman sənayesində yarım əsrdən artıq olan təcrübəmizi Kampus ziyarətlərimiz və universitet tələbələri ilə bölüşür və tətbiqi proqramlarımız sayəsində yenicə işə qəbul ediləcək namizədlərin peşəkar potensialını öncədən formalaşdırırıq.

Universitet tələbələri üçün təşkil etdiyimiz müəssisələrə ziyarətlər zamanı onlara istehsal sahələrimizi tanıtmaqla yanaşı , onlara menecerlərimizlə təkbətək söhbət şəraiti yaradaraq məhsuldar və əyləncəli görüşlər təşkil edirik.