Mükafatlarımız

Mükafatlarımız
  • Nobel İlaç yenidən “Əczaçılıq Məhsullarının İxracatı” Üzrə Ulduz Mükafatına Nail Olmuşdur

    Nobel İlaç, “İstanbul Kimya və Məhsul İxracatçılar Birliyi (İKMİB) tərəfindən təsnifləndirilən Əczaçılıq məhsullarının İxracatı Ulduzları -” Kateqoriyasında birinci olmuşdur.

    İstanbulda İKMİB tərəfindən ənənəvi şəkildə təşkil edilən "İKMİB İxracat Ulduzlarının Mükafatlandırılması Tədbiri" keçirilmişdir.

    Hər il kimya sənayesindəki İKMİB üzvü olan şirkətlərin ixracat üzrə fəaliyyətinin qiymətləndirilməsinə həsr olunmuş "İKMİB İxracat Ulduzları" siyahısındakı qaliblər İstanbulda təşkil edilən mükafat mərasimində açıqlandı. Nobel İlaç, İKMİB İxracat Ulduzları mükafat mərasimində 2019-cu il üçün "Əczaçılıq məhsulları"nın ixracat fəaliyyəti kateqoriyasında birinci yerə layiq görüldü.

    2019-cu ilin yekunlarına dair İKMİB İxracat Ulduzları Mükafat Mərasimində, 28 kateqoriyada ilk 5-ci sırada yer alan cəmi 140 şirkət mükafatlandırılmışdır. Nobel İlaç, 2019-cu ildə artan ixracat göstəriciləri ilə liderlər sırasında öz birinciliyini qoruyub saxlamağa müvəffəq olmuşdur. Diqqətəlayiq haldır şirkət analoji olaraq, 2018-ci ildə də keçirilmiş "Əczaçılıq məhsullarının ixracatı" kateqoriyasında da birinci yerə layiq görülmüşdü.

  • 2018 İKMMİB İxracat Ulduzları Birinci Yer Mükafatı

    İstanbul Kimyəvi Maddələr və Məhsulları İxracatçıları Birliyi (İKMMİB) –nin hər il kimya sənayesindəki üzv şirkətlərini ixracatdakı müvəffəqiyyətlərinə görə qiymətləndirmək və daha da müvəffəqiyyətli olmalarını təşviq etmək məqsədi ilə təşkil edilən ənənəvi İKMMİB İxracat Ulduzları Mükafatların Təqdim Edilməsi Mərasimi İstanbulda həyata keçirildi. 2018 İKMMİB İxracat Ulduzları Mükafatların Təqdim Edilməsi Mərasimində 28 kateqoriyada ilk üç yerdə olan ümumilikdə 84 şirkət mükafatlandırılmışdır. Kimya sənayesindəki ixrac 2018-ci ildə 17,4 milyard dollar təşkil etmişdir.

    Nobel İlaç, 2018-ci ildə 65,6 milyon ABŞ dolları həcmindəki ixracatı ilə "Əczaçılıq Məhsulları İxracatı" kateqoriyasında 1-ci yer mükafatına layiq görülmüşdür. 2018-ci il İxracat Ulduzları Mükafat Mərasimində Nobel adından mükafatı şirkətin idarə heyətimizin üzvü Dr. Numan Balki almışdır.

    “Sağlamlıq üçün dəyər” inancı ilə şövqlə işləməklə, fərq yaradan Nobel İlaç, milli iqtisadiyyata xarici ticarət kəsiri olmayan yeganə yerli dərman şirkəti kimi öz töhfəsini verməkdədir.

  • "Ən Yaxşı İdarə Olunan Şirkətlər" Mükafatı

    Biz Deloitte-nun 25 il xaricdə tətbiq etməkdə olduğu və bu il Türkiyədə reallaşdırdığı "Ən yaxşı idarə olunan şirkət" mükafatına layiq görülən 11 Türk şirkətindən biri olduq.

    Beynəlxalq biznes aləminin aparıcı mükafatlarından olan “Ən yaxşı idarə olunan şirkətlər” mükafatı, şirkətlərin beynəlxalq səviyyədə ən yaxşı təcrübələr çərçivəsində idarəetmə fəaliyyətinin qiymətləndirilməsinə əsaslanır.

    Qiymətləndirmə prosesi zamanı şirkətimizin göstəriciləri strategiya, səriştə, işə sədaqət və maliyyə istiqamətində fəaliyyət meyarlarının əsas götürüldüyü ən yaxşı təcrübələr baxımından nəzərdən keçirilmişdir. Qiymətləndirməni Ali Koç, Ali Sabancı, Ebru Özdemir, Emre Zorlu, Hamdi Akın, Hanzade Doğan Boyner, Lucien Arkas, Umran İnan və Ümit Boyner kimi tanınmış biznes aləmin və akademik dünyanın təmsilçilərindən ibarət müstəqil bir münsiflər heyəti qiymətləndirmişdir. Nobel bu mükafata layiq görülən yeganə dərman şirkəti olmuşdur.

  • IDC 2018 Ağıllı İstehsal Texnologiyaları Mükafatları

    International Data Corporation-nın (IDC), hər il təşkil etdiyi və ilin uğurlu layihələrini qiymətləndirdiyi "IDC Türkiyə İstehsalat Zirvəsi 2018" tədbirində Nobel ilaç şirkəti özünün qabaqcıl istehsal texnologiyaları və sistemləri, o cümlədən, Düzce Paylaşdırma Mərkəzimiz üçün yaratdığımız SAP EWM (Geniş çeşidli Anbar Təsərrüfatlarının İdarə edilməsi) sistemləri ilə həm "Korporativ Dəyişikliklərin Vaxtında Cavablandırılması", həm də "Manevr bacarıqları" kateqoriyaları üzrə ikinci yer mükafatına layiq görülmüşdür.

    Keçən il, JUPITER (Global CRM / CLM – Müştəri Məmnuniyyətinin Davamlılığının İdarə Edilməsi / Müştərilərlə Əlaqələrin İdarə Edilməsi) layihəmizlə Korporativ Dəyişikliklərin Vaxtında Cavablandırılması kateqoriyasında birinci yeri qazandığımız eyni tədbirdə bu il 2 mükafatla əməkdaşlarımızı sevindirərək, Nobel ailəsinin uğurlarını daha geniş auditoriyaya elan etməyə davam etdik.

  • SAP Quality Awards 2018 (2018-ci il Sistem Tətbiqlərinin Keyfiyyətli İstehsal Mükafatı) - Düzce Paylaşdırma Mərkəzi Layihəmizə SAP üzrə “Gümüş” Mükafat

    Korporativ tətbiqetmə və proqram təminatı sahəsində dünyada lider olan SAP ilin ən uğurlu korporativ tətbiqetmələrinin qiymətləndirdiyi "SAP Quality Awards 2018" mükafatlarında Düzce Paylama Mərkəzimiz üçün işləyib hazırlayaraq istismara verdiyimiz SAP-EWM (Geniş çeşidli Anbar Təsərrüfatlarının İdarə edilməsi) sistemi sayəsində “Biznesdə Dəyişikliklərin Vaxtında Cavablandırılması” kateqoriyasında “Gümüş” mükafata layiq görüldük.

    SAP, Keyfiyyət Mükafatları, mürəkkəb iş proseslərini proqram təminatı və iş tətbiqetmələri ilə sadələşdirməklə, səmərəli şəkildə idarə edən qurumların qiymətləndirilməsini nəzərdə tutur və tətbiqetmədə və işdə korporativ mükəmməlliyə nail olan qurumların fəaliyyətini qiymətləndirir. Bu il tamamlanan Düzce Dağıtım Mərkəzimiz üçün, son dərəcə mürəkkəb istehsal, lojistik və keyfiyyət əməliyyatlarınızın ortasına tam inteqrasiya olunmuş yeni anbarımızı inşası ilə eyni vaxtda qurduğumuz inteqrasiya olunmuş SAP-EWM sistemi ilə yerləşdirdik.

  • Platin Qlobal 100 Sənaye 4.0 Xüsusi Mükafatını Aldı

    Sənaye 4.0 standartı üzrə dərman sənayesinin mütərəqqi istehsalçılarından biri kimi biz, Platin Qlobal 100 Xüsusi Mükafatına da layiq görülmüşük.

    Türkiyənin aylıq iqtisadiyyat və biznes jurnalı Platin, müstəqil araşdırma şirkəti olaraq İpsos ilə birlikdə həyata keçirdiyi tədqiqat nəticəsində Platin Global 100 indeksini xüsusi mükafat mərasimi ilə açıqladı. Nobel şirkətinin Rəqəmsallaşdırma / Transformasiya Proqram çərçivəsində 2014-cü ildə Sənaye 4.0 standartlı fəaliyyətə başlayan Nobel İlaç 2018-ci il üçün səciyyəvi parametrlərə malik Sənaye 4.0 standartlı Platinum Qlobal 100 indeksi çərçivəsində xüsusi mükafata layiq görülmüşdür.

  • Texnologiyanın Qadın Liderləri Mükafatlarında "İnformasiya Texnologiyaları Sisteminə Rəhbərlik üzrə İlin Uğurlu Qadını” Mükafatı

    Microsoft Türkiyənin Qadın Sahibkarlar Dərnəyi (KAGİDER) və Aydın Doğan Fondu ilə əməkdaşlığı çərçivəsində həyata keçirdiyi "Texnologiyanın Qadın Liderləri" layihəsi çərçivəsində “İnformasiya Texnologiyaları Sisteminə Rəhbərlik üzrə İlin Uğurlu Qadını” mükafatını Nobel İlaç İnformasiya Texnologiyaları departamentinin rəhbəri Bidar Özgür Ulutaş aldı. Bidar Özgür Ulutaş, Nobel şirkətinin rəqəmsal transformasiyasını idarə etdiyi "Yupiter Layihəsi" mükafatına da layiq görüldü.