Nobel İlaç Ar-Ge

Nobel İlaç Ar-Ge
Nobel İlaç, bütün dünyada xəstələrin daha sağlam və daha keyfiyyətli bir həyat yaşamasını təmin edəcək effektiv, təhlükəsiz, innovativ iqtisadi məhsullar ilə insan sağlamlığına xidmət etmək məqsədi ilə fəaliyyət göstərir.

Nobel İlaç, yarım əsrdən çox olan tarixi və yüksək biliyə sahib mütəxəssis heyəti ilə yaradıldığı gündən etibarən güclü Elmi-Tədqiqat və Təkmilləşdirmə İşləri (AR-GE) mədəniyyəti ilə hərəkət edir və inkişaf etmiş texnologiya laboratoriyaları ilə 3 fərqli yerdə AR-GE fəaliyyətini davam etdirir.

  • Düzce Əczaçılıq Elmi-Tədqiqat və Təkmilləşdirmə İşləri (Ar-Ge) Mərkəzi
  • Mərmərə Texnokent (MARTEK) Biotexnoloji Ar-Ge Mərkəzi
  • Ulkar Kimya Ar-Ge Mərkəzi

Nobel İlaç şirkətinin Elmi-Tədqiqat və Təkmilləşdirmə işləri (Ar-Ge) strategiyası, qurumun strategiyalarına uyğun şəkildə işləməklə, innovativ məhsullar hazırlamağa əsaslanır. Nobel İlaç şirkətinin məhsul portfelinin 95%-i və 39 ölkədə lisenziyalı bütün dərman preparatları, özünün Ar-Ge Mərkəzində aparılan işlər nəticəsində yaradılmışdır.

Elmi-Tədqiqat və Təkmilləşdirmə işləri (Ar-Ge) fəaliyyətləri, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən milli və beynəlxalq qaydalar və təlimatlar çərçivəsində müəyyən edilmiş Beynəlxalq Mükəmməl İstehsalat Tətbiqləri və Mükəmməl Laboratoriya Tətbiqləri qaydalarına uyğun şəkildə həyata keçirilir.