Sağlamlıq Üçün Dəyər

Sağlamlıq Üçün Dəyər
Vəzifəmiz: "Sağlamlıq üçün hər şeyə dəyər" inamı ilə fəaliyyətimizi qurmaqla, həyat keyfiyyətini artırmaqdır.
Mövqeyimiz: Dünyada insan sağlamlığı üçün əhəmiyyətli olan etibarlı və əlçatan məhsulları təqdim etməkdir.

Biz, Nobel şirkətində biliklərimiz və səylərimizlə hər gün insan sağlamlığına xidmət edirik və həyata töhfə veririk.

Nailiyyətlərimiz bizi daim yüksək zirvələri fəth etməyə ruhlandırır. Nobel ailəsinin üzvləri kimi biz MÜVƏFFƏQİYYƏTLƏRƏ İDDİALIYIQ. İşimizi sonsuz ruh yüksəkliyi ilə yerinə yetirir, yeni həll vasitələri ilə maraqlanır, mütərəqqi yanaşma tərzləri kəşf edir və biliklərimizi daima təkmilləşdiririk.

Çünki sağlamlıq üçün dəyər.

Nobel ailəsinin üzvləri olaraq, biz ÖZÜMÜZƏ İNAMLIYIQ. Tərəfdaşlarımız və əməkdaşlarımızla etimada əsaslanan münasibətlər qurur və tarixi uğurlarımızı cari fəaliyyətimizlə sübut etməklə, tətbiq etdiyimiz yüksək keyfiyyət standartlarına inam yaradırıq.

Çünki sağlamlıq üçün dəyər.

Nobel ailəsinin üzvləri olaraq, biz FƏRQ YARADIRIQ. Yaratdığımız fərq - cəsur təşəbbüslər irəli sürməkdə və monoton vəziyyətlərin dəyişdirilərək daha canlı idarə edilməsindəki liderlikdə təzahür edir.

Çünki sağlamlıq üçün dəyər.

Nobel ailəsinin üzvləri olaraq, biz ÇEVİKİK. Dəyişikliyi bir fürsət olaraq zamanında qavrayır və vəziyyətlərə çevik yanaşma tərzimiz yeni şərt və şəraitlərə sürətlə uyğunlaşmaq baxımından bizə rəqabətdə üstün mövqe imkanı yaradır.

Çünki sağlamlıq üçün dəyər.

Nobel şirkətində atılan hər bir addım bəşəriyyətə və sağlamlığa verilən dəyərdir...

Qüdrətimizi və səylərimizi həsr etdiyimiz hər gün,

Sağlamlıq üçün dəyər!