Biotexnoloji Strategiya Üstünlüyümüz

Biotexnoloji Strategiya Üstünlüyümüz
Nobel İlaç, biotexnoloji istehsal prosesləri strategiyasını prioritet kimi qəbul edir. Türkiyədəki yerli əczaçılıq şirkətləri arasında ilk dəfə 2005-ci ildə İnterferon Alfa Faz II klinik çalışması ilə daxil olan Nobel İlaç, sırf öz kapitalı əsasında başladığı biotexnoloji istehsal proseslərini dövlətin təşviqi ilə davam etdirmişdir.

2015-ci il Nobel İlaç şirkətinin korporativ mövqeyi və Türkiyə biotexnologiya sektoru üçün bir dönüş mərhələsi olmuşdur. Nobel İlaç, 28 layihə və 21 şirkət arasında 10 milyon dollarlıq dəstəklə Sosial Tədqiqatlara Dəstək Qrupunun 1007 saylı proqramı olan KAMAG 1007 layihəsinə layiq görülən yeganə şirkətdir ki, bu layihə ilə dövlət tərəfindən dəstəklənən ilk milli bioanaloji layihə (BIOSIM-1) başladılmışdır. Daha sonra 2016-cı ildə Türkiyə Elmi və Texnoloji Tədqiqatlar Şurasının (TETTŞ) dəstəyi və Bilkent Universiteti ilə Nobel əməkdaşlığa başlamışdır. Həmin əməkdaşlıq çərçivəsində rekombinant bi-mAb adlı layihəmiz Türkiyənin bu istiqamətdə ilk orijinal molekul biotexnoloji inkişaf layihəsidir.

Nobel İlaç şirkətinin istehsal edəcəyi yüksək dəyərli dərmanları yerli və beynəlxalq bazarlara çıxarması, Türkiyənin dərman sektorundakı xarici ticarət kəsirinin aradan qaldırılmasına da dəstək olacaq.

Dünya Bankı Qrupu Təşkilatı, BMK (Beynəlxalq Maliyyə Korporasiyası), xalis Türkiyəyə məxsus və 100% yerli kapitalına malik dərman şirkəti olan Nobel İlaç şirkətinə biotexnoloji dərman istehsalı müəssisəsi üçün 25 milyon dollar sərmayə qoymuşdur. TETTŞ da öz növbəsində bu investisiya proqramını həm maliyyə, həm də texniki yardımla dəstəkləməkdədir.

Nobel İlaç, bioanaloji sahəyə qoyulan sərmayələr ilə yanaşı, öz sərmayələrini orijinal molekul biotexnologiyasının inkişafına yönəldir. Bu isə həm şirkətin, həm də Türkiyənin beynəlxalq rəqabət qabiliyyətini artırmağı məqsədinə xidmət edir.

Nobel ilaç şirkəti tərəfindən biotexnologiya sahəsinə sərmayə qoyuluşu, 3 müxtəlif müəssisədə ELMİ-TƏDQİQAT VƏ TƏKMİLLƏŞDİRMƏ İŞLƏRİ (AR-GE) və 10 000 L həcminə qədər istehsal sahələrini əhatə edəcəkdir.

Biotexnologiya sahəsində yerli istehsal və yeni molekulların inkişafını, qarşısında məqsəd qoyan şirkət, TETTŞ dəstəyi ilə Mərmərə Texnoparkının strukturunda tamamlayıcı işləri həyata keçirməklə, GMP (MÜKƏMMƏL İSTEHSAL TƏCRÜBƏSİ) / GLP (Mükəmməl Laboratoriya Təcrübəsi) şərtlərinə cavab verir. Bizim şirkət bütün istehsal müəssisələrində ölkəmizin iqtisadi ehtiyaclarının ödənilməsini prioritet kimi qəbul etməklə, innovasiyaya əsaslanan texnoloji yanaşmalar və özünün yüksək keyfiyyətli məhsulları ilə Türkiyənin bu sahədəki boşluğunu daxili kapital əsasında doldurmağı qarşısına məqsəd qoymuşdur.